|
Məlahət İbrahimqızı:

“2021-ci ilin büdcəsi Zəfər büdcəsidir. Biz Qarabağın quruculuğu naminə bir yerdə olmalıyıq. Qarşıdakı dövrdə əsas prioritet Qarabağın quruculuğu və hərbi xərclərin artırılması olmalıdır”.
Bu fikirləri parlamentdəki büdcə müzakirələri zamanı çıxış edən deputat Məlahət İbrahimqızı söyləyib.
Deputat qeyd edib ki, biz sosial xərclərin artırılmasına da diqqət yetirməliyik: “Eyni zamanda koronavirus pandemiyasından az qala müflisləşmə səviyyəsinə gələn orta və kiçik sahibkarlığa 2021-ci ilin dövlət büdcəsindən daha çox dəstək ayrılmalıdır”.