|
AzTV sədrindən işçilərin maaşları ilə bağlı açıqlama

Bəzən belə fikirlər səslənir ki, AzTV-də işçilərin maaş və qonararı kəsilir, bu, belə deyil.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov bildirib: “İşçilərin maaş və qonorarının artırılması üçün iş aparılır. Yalnız 2019-20-ci illərdə 4 milyondan çox vəsait maaş və qonorarlara əlavə edillib.

“Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ilk gündən ictimaiyyətin üzünə açıqdır. Biz medianın üzərinə açığıq. Əgər AzTV ilə bağlı hər hansı məlumat paylaşmaq istəyirsinizsə, biz buna açığıq. AzTV ilə bağlı məlumatlar yayıldıqda bizim fikrimizin də nəzərə alınması çox vacibdir”.

Sədr onu da bildirib ki, bu gün Azərbaycan mediasında düşüncə baxımından zəif olan insanlar var: “Onlar hər hansı hadisəni öz prizmasından qiymətləndirərərək çıxış edirlər. Hər bir tənqidi fikrin öz əsası olmalıdır. Biz hər bir təklifə açığıq. Biz qarşımıza qoyulan məqsədə müəyyən dərəcədə nail olmuşuq. Amma hədəflərimiz çoxdur. Hədəflərimizə nail olmaq üçün çalışırıq ki, onları şərəflə, vicdanla yerinə yetirək”.