|
Tahir Kərimli: “Sosializmdirsə, onda qazı, işığı, suyu havayı eləyin”

“Azərbaycanın nefti olmasaydı, bizim taleyimiz necə olacaqmı?”

Milli Məclisdəki büdcə müzakirələrində çıxş edən deputat Tahir Kərimli bu sualla hökumət üzvlərinə müraciət etdi və qeyri-neft sektorunun inkişafının zəruriliyindən danışdı. T.Kərimli bildirdi ki, kapitalizmdirsə, o halda bu sistemə uyğun addımlar atılsın. Yox, əgər sosializmdirsə, onda qazı, işığı, suyu havayı eləyin: “Sovet dövründə qəpik-quruşa idi. Biz kəndlərə gedirik, bir otağa yığışıb camaat bir otaqda qaz, işıq yandırır”.

T.Kərimli dedi ki, böyük zəfərimizə görə şəhid ailələri və qazilərimizə borcluyuq: “Biz şəhid ailələrinə ömürlük borcluyuq. Onlar balasını, canın verib, biz də onların kommunal xərclərini ödəməliyik. Onların ailələrinin haqqı var ki, ləyaqətli həyatları təmin olunsun”.

Deputat digər sahələrə də diqqət çəkdi: “Telefon xətti, internet yoxdur, uşaqlarımız təhsil dövründə təhsilsiz qalıb. Elmsiz, biliksiz ölkənin gələcəyi olmaz. Korrupsiya, rüşvətə son qoyulmalıdır”.