|
Müdafiə nazirinin müavini Türkiyədə səfərdə olub FOTO

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı general-polkovnik Kərəm Mustafayevlə görüşüb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler də iştirak edib.