|
2020-nin ən uğurlu siyasətçisi -

O, Ali Baş Komandan kimi Azərbaycan  xalqını “Qalib xalq” etdi

Pandemiya dövrü, iqtisadi çətinliklər zamanında İlham Əliyev Ali Baş Komandan kimi Vətən müharibəsinə rəhbərlik etdi, 28 ildir işğalda qalan torpaqları geri qaytardı, Şuşa analoqu olmayan bir hərbi əməliyyatla düşməndən alındı!

Qafqazda son 30 ilin ən uğurlu siyasətçisi hesab edilən İlham Əliyev dünyanın ən çox danışılan, medianın ən çox müraciət etdiyi liderlərdən (müharibə dövrü 30-dək ən müxtəlif ölkələrin telekanallar və qəzetlərinə verdiyi müsahibələri yada salmaq kifayətdir) biri, bəlkə də birincisi oldu.

Artıq hər kəs İlham Əliyevi 2020-ci ilin ən uğurlu siyasətçisi adlandırır.

Deputat Hikmət Babaoğlu bildirdi ki, Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gələndə ona qalan miras  bir tərəfdən ictimai-siyasi sabitliyi təmin edilmiş dövlət strukturları bərpa olunmuş Azərbaycan idisə, digər tərəfdən həm də məğlub edilmiş və  torpaqlarının 20 faizi erməni işğalı altında olan, iqtisadiyyatının və ordu quruculuğunun həyata keçirilməsi tələbi olan, bir milyondan çox qaçqın və məcburi köçkünlərin problemlərinin həll edilməsi zərurəti olan  Azərbaycan idi. Bütün bu və digər çoxsaylı məsələlərlə bərabər həm də sürətlə dəyişən və daima rəqabət halında olan dünya nizamında Azərbaycanın yerinin və rolunun, nüfuzunun artırılması zərurəti var idi.

Azərbaycan Ağsaqqallar Şurası Prezident, Müzəffər Ali Baş Komandan İlham  Əliyevə müraciət edib - Open.az

Yəni istər daxili siyasətdə, istərsə də xarici siyasətdə elə strateji həmlələr etmək lazım idi ki, onlar nəticə etibarilə milli inkişafımıza və ərazi bütövlüyümüzün bərpa olunmasına gətirib çıxarsın. Bütün bunların hamısını edə bilmək isə mövcud qlobal və milli çağırışlar  kontekstində, ikili standartların mövcud olduğu dünya nizamı, rəngli inqilablar erasında əslində  bir möcüzə idi: “İlham Əliyev bu möcüzəni yarada bildi. Soyuqqanlı ağılla hələ də dərk edilməsi çətin olan bir tarixi zəfərə imza atdı. Bütün dünyaya və dünya siyasətini müəyyən edən imperialist güc mərəkəzlərinə, onların təzyiqlərinə rəğmən Qarabağı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Ancaq məsələyə  strateji təhlil kontestində yanaşdıqda isə diqqəti çəkən əsas məsələ budur ki, bütün bu zəfərləri əldə etmək üçün çox dəqiq hesablanmış dərin hərbi-siyasi, diplomatik və sosial -iqtisadi planlaşdırma müəyyənləşdirilib və zərgər dəqiqliyi ilə həyata keçirilib.

İlham Əliyev: Füzuli şəhərindən Şuşaya yol çəkilir

Bu ardıcıllıqda önə çıxan əsas istiqamətlər isə müstəqil iqtisadi siyasət həyata keçirməklə siyasi müstəqilliyi təmin etmək, iqtisadi resursların səmərəliliyini təmin etməklə iqtisadiyyatla sosial təminat arasında düzgün proporsional balans yaratmaq, ölkədə yeni, innovativ sənaye istiqamətləri formalaşdırmaq,  ordu quruculuğu və hərbi sənayenin yaradılmasına xüsusi diqqət ayırmaq  bütün bunlara paralel olaraq milli hisslərə və vətənpərvərlik ruhuna sahib olan yeni nəsil tərbiyə etmək idi. Hazırkı qlobal şərtlər və təzyiqlər içərisində bunların hər birini , xüsusilə sonuncunu etmək olduqca müşkül bir vəzifə idi. Çünki müasir internet resursları və onların yaratdığı virtual reallıqlar çərçivəsində milli ruhu və milli identikliyi qoruyub saxlaya bilmək ən mühüm çağırışlardan biri idi.Yuxarıda sadaladığımız ayrı-ayrı istiqamətlərin hər biri üzrə xüsusi dövlət proqramları qəbul edildi və uğurla onların icrasına nail olundu. Nəticə etibarilə elə indidən heyrtətlə qarşılanan və bunların necə baş verdiyinin təcrübə kimi öyrənilməsi vacib hesab edilən böyük tarixi uğurlar əldə edildi.

Prezident İlham Əliyev: Biz bundan sonra qürur hissi ilə yaşayacağıq -  müzəffər xalq, güclü dövlət, yenilməz ordu və güclü iradə sahibi kimi

Şübhəsiz ki, bütün bu nailiyyətlərimizin baş tacı Vətən müharibəsində  əldə etdiyimiz tarixi hərbi-siyasi qələbəmizdir. Hər nə qədər Azərbaycan Prezidenti İlham Əliyev bu qələbənin birinci qəhrəmanı kimi Azərbaycan əsgərini göstərsə də hamımız bilirik ki, milli güc, yalnız milli lider tərəfindən təşkilatlandırılanda və idarə olunanda həqiqi milli gücə çevrilir. Ona görə də Prezident İlham Əliyev sözün əsl mənasında xalqımızın Milli Qəhrəmanı, Böyük Tarixi şəxsiyyət, böyük dövlət xadimi və həm də ilin ən uğurlu lideridir”.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev: Əziz Şuşa, sən azadsan!

Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, elmi tərəfdən baxanda Prezident İlham Əliyevin istər müharibəyə hazırlığı, istər müharibənin gedişatında sərgilədiyi siyasi üslub cəmiyyətdə çox ciddi rəğbətlə qarşılandı: “Sosial psixologiyada bu cür məsələlər çox geniş izah olunur. Sosial psixologiyada belə bir məsələ  var ki, əhali həmişə öz liderinin davranışından impulslar alır və bu impulslar əhalinin davranışına çox ciddi təsir edir. İnsanlar görəndə ki, ölkəsinin lideri öndədir, savaşır, qətiyyət nümayiş etdirir, xalq olaraq da qətiyyətli olurlar. Vətən müharibəsində Azərbaycan Prezidentinin qətiyyəti xalqın mübariz əhval-ruhiyyəsinin yaranmasında çox ciddi rol oynadı. 2020-ci ildə-Vətən müharibəsində həm Azərbaycan xalqı, həm beynəlxalq ictimaiyyət İlham Əliyevi kəşf elədi.

Ekspert: Bir çoxları şit danışmaq xəstəliyinə tutulub, günahkar da  efirlərdir

Əhməd Qəşəmoğlu 

Hər kəs gördü ki, Prezident bütün məsələlərə çox vətənpərvər və qətiyyətli yanaşır. Digər tərəfdən, İlham Əliyevin bütün müsahibələrində məsələləri dərindən təhlil etməsi, diplomatik gedişləri çox ciddi təsirlərini göstərdi. Beynəlxalq aləmdə əmin oldular ki, Azərbaycanın başında çox ciddi, qətiyyətli lider dayanıb. Hər kəs başa düşdü ki, İlham Əliyev illərlə Vətən müharibəsinə hazırlıq işlərini sakit-sakit həyata keçirirmiş. Ordunu təşkil edirmiş, xalqı hazırlayırmış, iqtisadiyyatı müharibəyə hazırlayırmış, beynəlxalq müstəvidə iş aparırmış. Məhz bu genişşaxəli hazırlıqlar bir-birini tamamladı və 27 sentyabrda başlanan Vətən müharibəsində qələbəni təmin etdi. İlham Əliyevin ən düzgün və həlledici qərarlarından biri də qardaş Türkiyə ilə bir yerdə olmaq seçimini etməsi oldu. Bu amil də onun xalqın nəzərində ən uğurlu siyasi lider olmasının təminində rolunu oynadı”.

İlham Əliyev on Twitter: "Müzəffər Azərbaycan Ordusu Xocavəndin Mets  Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard,  Zərdanaşen, Şəhər, Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı  Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik ...

Ə.Qəşəmoğlu vurğuladı ki, Prezident İlham Əliyev Azərbaycan xalqını 2020-ci ilin qalib xalqı etdi: “200 ilə yaxın idi biz həmişə məğlub olurduq, xalqda bir məğlubiyyət sindromu var idi. İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı bu sindromdan xilas oldu və özünəinam bərpa olundu, qalib xalq əminliyi yarandı. Bu məqam xalqın gələcəyi üçün çox vacib məsələdir. Hətta Rusiyanın, Türkiyənin və digər ölkələrin tanınmış siyasi analitikləri İlham Əliyevin dünya miqyaslı güclü 10 siyasi liderdən biri olduğunu açıq dilə gətirirlər. Bir sözlə, bütün sadaladıqlarımız və digər çoxsaylı məsələlər Prezident İlham Əliyevi 2020-ci ilin ən uğurlu siyasi lideri kimi tarixə düşən lider etmiş oldu”.

Əhməd Şahidov əsir və girovlarla bağlı beynəlxalq təşkilatlara müraciət  etdi – 10 dekabr Beynəlxalq Insan Hüquqları günü mesajı – Səhifə 285013 –  Yenicag.Az

Əhməd Şahidov

Hüquq müdafiəçisi Əhməd Şahidov isə bildirdi ki, 2020-ci il həm pandemiya ilə mübarizədə, həm də Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məqsədilə həyata keçirilən sülhə məcburetmə əməliyyatında, Vətən müharibəsində Prezidentin əldə etdiyi ən böyük uğur onun Azərbaycan xalqını və dünya azərbaycanlılarını öz ətrafında yumruq kimi birləşdirə bilməsidir. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti Ordumuzu, xalqımızı ruhlandırdı. Qətiyyətli Prezident-Ordu-Xalq tandemi qələbəmizi təmin etdi: “Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının 30 ildir ermənilər tərəfindən tapdanan hüquqlarını təmin etdi. 6 il yarım idi bütün hüquqları tapdanan kəlbəcərli girovlar Dilqəm Əsgərovla, Şahbaz Quliyevi də məhz 2020-ci ildə azad etdi.

Cənab İlham Əliyev Azərbaycan xalqı və dövləti üçün həyati əhəmiyyət kəsb edən bir dönəmdə öz parlaq zəkası, siyasi liderlik keyfiyyətləri, idarəetmə bacarığı, cəsarətli, qətiyyətli və milli maraqlar müstəvisində güzəştsiz mövqeyi ilə tarixdə çox azsaylı dövlət başçılarına nəsib olan və yaşadığımız zaman çərçivəsində dünyanın daha davamlı dövlətçilik ənənələrinə sahib olan xalqlarının həsəd apara biləcəyi milli birliyə nail olmağı bacardı. Azərbaycan xalqı, Azərbaycan dövləti 2020-ci ilin son 4 ayında dünya mediasının, dünya siyasətinin gündəmində ən çox adıçəkilən xalq və dövlət oldu. Azərbaycan Ordusunun 44 günlük savaşda nümayiş etdirdiyi müasir müharibə dünya ölkələrinin hərbi dairələri tərəfindən nümunə olaraq öyrənilir. Azərbaycan dövləti dünyada qüdrətli dövlət olaraq qəbul edilir. Bütün bunların memarı Ali Baş Komandan, Prezident İlham Əliyevdir. İlham Əliyev 2020-ci ilin dünyada ən uğurlu siyasi lideridir”.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev: Əziz Şuşa, sən azadsan!  - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qeyd edək ki, bu gün-dekabrın 24-ü Prezident İlham Əliyevin 59 yaşı tamam olur. “Yeni Müsavat” Media Qrupu Prezident İlham Əliyevi bu münasibətlə təbrik edir.

MUSAVAT