|
Ermənistanın sonu yaxınlaşır

Ermənistanda ölüm göstəricisinin doğum göstəricisini üstələyəcəyi günə çox qalmayıb. 
Bu barədə erməni demoqraf Ruben Yeqanyan bu gün İrəvanda keçirdiyi mətbuat konfransında bildirib. 
“Bu günkü demoqrafik mənzərə həyəcan doğurur, doğum azalır və bu, davamlı olacaq”,- deyə Yeqanyan vurğulayıb. 
“Hər il əhalinin 1%-i azalır”, - deyə demoqraf ölüm əmsalının durmadan artdığını bildirib. 
Onun fikrincə, hökumət hansısa tutarlı addım atmaq üçün yetərli resurslara malik deyil. 

Cia.az