Aktyor Berk Oktayın qeyri-etik görüntülərini yayan keçmiş həyat yoldaşı barədə məhkəmə qərarı açıqlanıb.
Oktayın Merve Şarapçıoğluna açdığı davada hakimin qərarına əsasən Merveyə 2 il 1 ay həbs cəzası verilib.
“Bu mənim namus davam idi. Buna görə də onun məhkəməyə verilməsi üçün əlimdən gələni etdim. Allaha çox şükür, soyadımın namusu xilas edildi. Bu məhkəmənin hər kəsə örnək olmasını istəyirəm. Sonunda ədalət öz yerini tapdı”, – deyə Berk jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, Berk Oktay hazırda “Yasak elma” serialında rol alır.
