|
Polina Qaqarina: "Bakı əbədi olaraq qəlbimdə qalacaq"

Rusiyanın estrada-pop ifaçısı Polina Qaqarina Azərbaycana dəstək nümayiş etdirib.

Musavat.com bildirir ki, məşhur rusiyalı ifaçı "Nərgiz" jurnalına açıqlamasında Azərbaycan haqqında xoş təəssüratlarını bölüşüb:

"Səmimi Azərbaycana salam göndərirəm. Bu gözəl ölkədə konsertimin baş tutmasına görə xoşbəxtəm. Bakı əbədi olaraq qəlbimdə qalacaq".