|
Karantin rejimini pozan 2626 nəfər cərimələnib

Ölkə üzrə karantin rejimi qaydalarını pozan şəxslərin sayı açıqlanıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabrın 22-də ölkə üzrə karantin rejimi qaydalarını pozan 2 626 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.