Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri bəzi ərəb ölkələrinin İsrail ilə imzaladıqları normallaşma anlaşmalarını maliyyələşdirmək üçün böyük miqdarda pul xərcləyir.
Axar.az xəbər verir ki, bu barədə “Əl Əxbar” qəzeti məlumat yayıb.
“BƏƏ, Bəhreyn, Sudan və Mərakeş İsrail ilə diplomatik əlaqələr qurub. Səudiyyə Ərəbistanı və BƏƏ bu razılaşmaları maliyyələşdirir”, - məqalədə bildirib.
Qəzet, həmçinin Səudiyyə Ərəbistanı kəşfiyyatının 2018-ci ildə kral sarayına təqdim etdiyi “Fars körfəzinin İsrail ilə münasibətləri normallaşdırmaqdan nə dərəcədə faydalanacağını” əks etdirən məxfi sənədi də yayımlayıb.
