|
“Yenə də özümüzə qayıtdın, ilk sarayım” –

"Doğulduğum ev. Bütün ilklərimi yaşadığım ocaq. İlk dəfə dünyaya burada göz açdım, adım bu evdə qoyuldu, bu evdə ilk addımımı atdım, iməklədim. İlk dəfə bu evdə yıxıldım, ağladım. İlk sevinclərim, kədərlərim... Yazıq-yazıq elədiyim ilk lövhəm bu evin divarları oldu".
Bu sözləri aparıcı Zaur Baxşəliyev sosial şəbəkədə yazıb. O, Şuşada olan hərbçilərin ona göndərdiyi evlərinin görüntülərini yayımlayaraq, xatirələrini bölüşüb:

"Bu evdə ilk dəfə qaynar qazana düşüb yandım, ağrıma bu ev şahid oldu. Məktəbə bu evdən getdim, dalaşıb, barışıb, küsüb, ağlayıb, beş, iki alıb, dərsdən qaçıb, döyüb, döyülüb bu evə sığındım. 11 yaşıma qayıtdım, tamam yadımdan çıxmış xatirələrim gəldi gözümün önünə, elə bilirdim unutmuşam. Bəlkə kimin üçünsə bu ev 4 otaqlı bir mənzildir, ancaq mənə görə bu ilklərimin yaşandığı saraydır.