|
“Deyirdi ki, gözəl qadınların bəxti olmur...”

Tanınmış aparıcı Nailə İslamzadə mərhum aktrisa Səfurə İbrahimova haqqında xatirələrini bölüşüb.

O, bu barədə "Facebook" hesabında yazıb:

"Səfurə xanım, ilk bahar qızımız. Son dəfə bir il əvvəl evində görüşdük, bir möcüzə idi onun "Ötən günlər"ə gəlməsi. Xeyli dərdləşmişdik. Gözəl qadınların bəxti olmur deyirdi. İncik getdi həyatdan, teatrdan. Məkanı cənnət, ruhu şad olsun. Allah rəhmət eləsin".