|
"Gülşənlə aramızda heç bir problem yoxdur" - Ozan Çolakoğlu

Ötən gün aranjmançı Ozan Çolakoğlu kameralara tuş gəlib.

 

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki,  Leventdə obyektivlərə tuş gələn Ozan jurnalistlərin suallarını cavablandırıb.
O, jurnalistlərin  ona ünvanladığı ”tez-tez xaricə gedirsiniz.Yoxsa həyat yoldaşınızla aranızda problemlər var” sualına belə cavab verib:
“Xeyr,  bunu hardan çıxardınız? Gülşənlə aramızda heç bir problem yoxdur. Münasibətlərimiz yaxşıdır”.

Qeyd edəki ki, cütlüyün bir müddətdir aralarında müəyyən problemlər yaşadığı haqqında məlumatlar yayılıb.