|
Səfir Qarabağdakı antiterror əməliyyatları haqda Moldova mediasını məlumatlandırıb

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Qarabağda erməni təxribatçılarına qarşı son günlərdə keçirilən antiterror əməliyyatı haqda Moldova mətbuatını məlumatlandırıb, onların suallarını cavablandırıb.

Moldova saytları yazıb ki, səfir Qüdsi Osmanovun dediyinə əsasən, xüsusilə 26 noyabrda Xocavənd rayonunun Sur kəndində, Ermənistanın Azərbaycanın hərbi qüvvələrinə hücumu nəticəsində üç azərbaycanlı əsgər dünyasını dəyişib, ikisi yaralanıb. Dekabrın 8-də Hadrutda silahlı təxribat təşkil edilib və burada Azərbaycan əsgərləri atəşə tutulub. İki azərbaycanlı yaralanıb, biri öldürülüb. Ermənilər tərəfindən “Azercell”in avadanlıq quraşdıran işçilərinə də hücum edilib, onlardan biri yaralanıb. Bununla əlaqədar, Azərbaycanın Müdafiə Nazirliyi bu terror aktlarının arxasında Ermənistanın qanunsuz hərbi birləşmələrinin dayandığını bildirib. Yazıda qeyd edilir ki, atəşkəs elan edildikdən sonra Ermənistan Silahlı Qüvvələrinin bir hissəsi Azərbaycanın Xocavənd rayonunun Hadrut kəndinin şimal-qərb hissəsində meşə zonasında qalıb: “Erməni mediası silahlı birləşmələrin meşədə itkin düşdüyünü bildirib. Deyilənə görə, erməni tərəfi onları tapmaq məqsədilə Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin komandanlığına müraciət edib. Buna baxmayaraq, sonradan onların bilərəkdən orada qaldıqları məlum olub”.

Qüdsi Osmanov Ermənistandakı hakimiyyətə müxalif olan bir sıra erməni “Telegram” kanallarında "Qarabağda partizan müharibəsi" çağırışlarının eşidildiyini bildirib. "Partizan" fəaliyyəti üçün ətraflı təlimat və bunun üçün avadanlığın təl olunduğuna dair məlumat da dərc olunub. "Atəşkəs razılaşmasının imzalanmasından sonra Azərbaycan tərəfi erməni silahlı birləşmələrinin geri çəkilməsi üçün hər cür şərait yaradıb. Eyni zamanda, Rusiya sülhməramlıları meşə zonasındakı erməni silahlı birləşmələri ilə yüksək səslə müraciət edib və ərazidən çıxarılması üçün lazımi tədbirlərin görüldüyünü bildirib. Buna baxmayaraq, onlar bu ərazini tərk etməyib, döyüş mövqeləri yaradıb və son günlərdə bölgədəki azərbaycanlı mülki şəxslərə və hərbi qulluqçulara qarşı terror aktları, təxribat törədiblər," - Azərbaycanın Müdafiə Nazirliyinin məlumatında deyilir.

Yazıda həmçinin, qeyd edilir: “Bakıda deyirlər ki, Qarabağda partizan dəstələrinin müqaviməti bir daha erməni tərəfinin qeyri-adekvat olduğunu sübüt edir. "Səriştəsiz şəxslərin partizan müharibəsi çağırışlarına cavab verən insanlar yalnız ölümə göndərilən əsgərlər olacaqlar. Orada kütləvi partizan hərakatı mümkün deyil, hamı bunu başa düşür. Bu məhz o deməkdir ki, Ermənistanın ərazisindən gələn və dinc əhaliyə qarşı terror və ölüm gətirən diversiya qruplarının yaradılmasına üstünlük veriləcək. Əslində söhbət Yerevanda Dağlıq Qarabağda kütləvi terrorun təşkil edilməsinə çağırışlarından gedir, " – deyə səfir bildirib. Onun sözlərinə əsasən, bunun qarşısını almaq üçün Azərbaycanın Silahlı Qüvvələri Dağlıq Qarabağın Hadrut rayonunda antiterror əməliyyatı keçirib. Silahlılar Köhnə Tağlar və Çaylaqqala kəndlərindən təmizlənir. Qanunsuz erməni hərbi birləşmələri təslim olub. Qanuna qarşısında məsuliyyət daşıyacaqlar. sözügedən ərazilər Azərbaycanın nəzarəti altındadır və bu, erməni intiqamçılarının "qapını çırpmaq" və "Qarabağı yandırmaq" kimi ağılsız cəhdlərinə kifayət qədər adekvat cavabdır. Qüdsi Osmanovun vurğuladığı kimi, onlar Azərbaycan Prezidenti İlham Əliyevin sözlərini xatırlamağa davam etməlidirlər: " Əgər Ermənistan faşizmi yenidə baş qaldırarsa, biz onun başını dəmir yumruqla əzəcəyik. Buna görə onlar çox diqqətli olmalıdır ki, hər hansı hərbi əməlləri planlaşdırmasınlar. Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik. Bu, heç kəs üçün sirr qalmalı deyil. Lakin ümid edirəm ki, bu, baş verməyəcək”.

Səfirin suallarını cavablandırdığı saytlarda dərc olunan yazıların linkləri:


https://noi.md/ru/v-mire/azerbajdzhan-provel-antiterroristicheskuyu-operaciyu-v-nagornom-karabahe?prev=1

https://ava.md/2020/12/18/azerbaydzhan-provel-antiterroristicheskuyu/

https://www.ipn.md/ru/azerbaydzhan-provel-antiterroristicheskuyu-operatsiyu-v-nagornom-karabakhe-7542_1078500.html
https://deschide.md/ru/russian_news/externe_ru/77306/

***
Nəzərə çatdıraq ki, Moldova mətbuatında 27 sentyabrdan bəri Azərbaycanın mənafelərini əks etdirən xeyli sayda məqalələr dərc olunub. Həmçinin, səfirin məqalələri çap edilib.

Son olaraq Moldova mediasında Azərbaycana dair yazıların bir neçəsini təqdim edirik:

https://nokta.md/karta-minoborony-armenii-zayavilo-o-nastuplenii-azerbajdzhana-v-nagornom-karabahe/

https://www.jurnal.md/ro/news/22eb79a2349ba8aa/soldati-azeri-acuzati-de-crime-de-razboi-dupa-ce-ar-fi-recurs-la-mutilari-in-razboiul-din-nagorno-karabakh.html

https://ru.primelestiri.md/ru/v-erevane-napryazhennaya-situaciya---105532.html

https://newsmd.md/news/14540-oppozicija-armenii-anonsirovala-vseobschuju-zabastovku.html

https://www.publika.md/rudele-soldatilor-armeni-disparuti-in-razboiul-din-nagorno-karabah-au-protestat-in-fata-ministerului-apararii_3091469.html

https://m.point.md/ru/novosti/v-mire/putin-dopustil-uvelichenie-kontingenta-mirotvortsev-v-karabakhe