ABŞ Prezidenti Barak Obama Avropanı Minsk razılaşmasının tam icrasına qədər Rusiyaya qarşı sanksiyaları saxlamağa çağırıb.
B.Obama İtaliyanın baş naziri Matteo Rensi ilə Ağ evdə keçirdiyi birgə mətbuat konfransında belə deyib.
ABŞ prezidenti bildirib ki, nə vaxta qədər ki, Rusiya Minsk razılaşmasının şərtlərini yerinə yetirməyəcək, Ukraynada hərbi əməliyyatları dayandırmayacaq Avropada təklənəcək və qüvvədə olan sanksiyalar aradan qalxmayacaq.
"Qarşı tərəfdən razılaşmaya uyğun olaraq müsbət addımların, ciddi tədbirlərin reallaşdırılmasını görməyəcəyik, biz sanksiyaları ən azı indiki səviyyədə saxlamalıyıq".
Cia.az
