|
Çiçək də “Xəzər”dən getdi?

"Çiçək” ləqəbi ilə tanınan aparıcı Şəhla Vakkas rəhbərlik və aparıcılıq etdiyi Araz FM-dən (103.3 FM) ayrılması haqqında yayılan xəbərlərə münasibət bildirib.

Musavat.com xəbər verir ki, aparıcı “İnstagram” hesabının hekayə bölümündə işdən ayrılmasını inkar edib: "İndi canlı radio yayımda şəhidlərimizin adlarını ruhum oxuyur? Nə vaxt getmişəm?!",-deyə qeyd edib.

Qeyd edək ki, Şəhla Vakkasın işdən ayrılması haqda xəbəri MediaTime.az yayıb.