Bu gün bəzi media orqanlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinə məxsus, koronaviruslu xəstələr üçün nəzərdə tutulmuş modul tipli xəstəxanada yanğınla nəticələnmiş partlayış baş verməsi barədə məlumat yayılıb.
FHN-dən verilən məlumatda bildirilir ki, bu məlumatlar tamamilə əsassızdır: “Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinə məxsus, koronaviruslu xəstələr üçün nəzərdə tutulmuş, Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanada hər hansı hadisə baş verməyib. Təəssüf edirik ki, bəzi media orqanları heç bir dəqiqləşdirmə aparmadan, burada müalicə olunan şəxslərin ailə üzvlərini və yaxınlarını belə nəzərə almadan, bu cür yalan və böhtan xarakterli məlumatlar yayır. Bir daha qeyd edirik ki, xəstəxanada ölümlə nəticələnən hər hansı qəza və ya partlayış hadisəsi baş verməyib".
