|
"Murad Bozla münasibət qurmağıma peşmanam"

“İşte Benim Stilim” yarışması ilə məşhurlaşan Nihal Candanın müğənni Murat Boz haqqında verdiyi açıqlama gündəm olub.

Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, “Söylemezsem Olmaz” verilişinə qonaq olan Candan aparıcının "Həyatınızda peşam olduğunuz münasibətiniz olub" sualına belə cavab verib:

 

“Olub... Bu bir müddət əvvəl dəvət aldığım qonaqlıqda Murad Bozla olan münasibətimdir”.

Candanın bu açıqlaması sosial mediada ən çox müzakirə edilən mövzu olub.