|
Ayasofyada çılpaq poza verən modeli 7 ilə qədər həbs gözləyir FOTO

Ayasofyada və Kapadokyada türk bayrağı üzərində çılpaq pozalarla şəkil çəkdirən belçikalı model Marisa Papen barəsində 7 ilədək həbs cəzası tələb olunub.

Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, İstanbulun Baş Prokurorluğunda model barəsində “dövlət suverenliyinin atributlarını alçaltma”, “ədəbsiz davranmaq” iddiaları ilə məhkəmə prosesi başladılıb.

Məhkəmə modelin 2 ildən 7 ilədək həbsini tələb edib.

Xatırladaq ki, belçikalı model Marisa Papen 2018-ci ildə Türkiyəyə gələrək Ayasofyada məscidə girib, çarşabını qaldıraraq şəkil çəkdirib. O, daha sonra Kapadokyada da türk bayrağının üzərinə uzanaq fotosessiya etdirmişdi.

Qeyd edək ki, Papen bundan əvvəl də bir neçə ölkədə bu cür davranışlar nümayiş etdirib. Qüds və Misirdəki müqəddəs torpaqlarda verdiyi pozlara görə isə həbs olunmuşdu. Sonradan pul cəzası ilə sərbəst buraxılmışdı.