|
Paşinyanın atası öldü

Ermənistanın baş naziri Nikol Paşinyana itki üz verib.

Musavat.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, Baş nazirin atası Vova Paşinyan vəfat edib.

Vova Paşinyanın uzun müddət xəstəlikdən əziyyət çəkdiyi və bu gün 80 yaşında öldüyü qeyd edilib.