Rusiyanın xalq artisti Valeriy Meladze Azərbaycana dəstəyini nümayiş etdirib.
Valeriy Meladze “Nərgiz” jurnalına açıqlamasında ölkəmizlə bağlı təəssüratlarını bölüşüb:
“Azərbaycanla Gürcüstanın bir çox oxşar ənənələri var. Bu, uşaqlara, böyüklərə münasibət, qohumlarına və yaxınlarına hörmətdir.
Əlbəttə, Azərbaycanın çox ləziz mətbəxi də var. Qonaqlara çox diqqətlə yanaşılır. Mən dəfələrlə azərbaycanlıların qonaqpərvərliyindən, qonaqlara və süfrəyə olan isti münasibətlərindən zövq almışam. Bu, çox gözəldir”.
