Tuzlada 67 yaşlı qonşusunu döyən müğənni Halil Sezai 43 gündən sonra ilk dəfə görüntülənib.
Yanında qız dostu olan müğənni jurnalistlərlə söhbəti zamanı musiqi çalışmalarına başladığını bildirib. Qonşusu Hüseyn Meriçlə olan məhkəməsi haqqında verilən sualları isə Sezai cavabsız qoyub.
Qeyd edək ki, hadisə Türkiyənin Tuzla şəhərində yaşanmışdı. İstanbul Baş Prokurorluğunun apardığı araşdırmalara görə, sentyabrın 15-də tərəflər arasında yaşanan gərginliyə səbəb 67 yaşlı qonşusunun çəkilişə etiraz etməsi olmuşdu.
Hüseyn Meriçi döyən müğənni daha sonra ondan üzr istəsə də, Halil Sezainin qonşusunu döydüyü görüntülərinin ortaya çıxması tərəflər arasında gərginliyi məhkəmə zalına qədər aparmışdı. Məhkəmə prosesi zamanı məşhurun 13 il 10 ay müddətində həbs olunması haqqında iddia irəli sürülsə də, ona 1 il 11 ay cəza verilmiş və o, sərbəst buraxılmışdı.

