|
Zaur Kamalın yeni iş yeri bəlli oldu

“Xəzər” televiziyası ilə yollarını ayıran aparıcı Zaur Kamalın yeni iş yeri bəlli olub. 

Teleaparıcı ATV-də fəaliyyətə başlayır. Bu haqda
müğənnilər Sevil və Sevinc Səfərova sosial şəbəkədə məlumat paylaşıblar. "Xoş gəlirsən. Bu xəbərə çox sevindik", - deyə müğənnilər bildiriblər.

Qeyd edək ki, Sevil və Sevinc Səfərova bacıları “Xəzər” TV-də "Hər şey daxil" verilişinin aparıcıları olublar. Onlar hazırda ATV-də "Birəbir" adlı verilişə aparıcılıq edirlər.

Bir müddət əvvəl isə Z.Kamalın “Xəzər”in nəzdində fəaliyyət göstərən “Dalğa” TV-də aparıcılıq edəcəyi deyilirdi. Ötən gün o, “Xəzər” televiziyası ilə yollarını ayırdığını açıqlamışdı.