"Ermənistan yalnız müharibədə məğlub olduqdan sonra 6 il girovluqda saxladığı Dilqəm Əsgərovu və Şahbaz Quliyevi Azərbaycana qaytarmağa məcbur oldu. Bu, Ali Baş Komandanın növbətı diplomatik və siyasi uğurudur". Bunu millət vəkili, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev tvitter hesabında yazıb. O, "Xalqımızı, hər iki soydaşımızı və onların ailə üzvlərini təbrik edirəm" - deyə, qeyd edib.
![]()
