|
ƏƏSMN: İlin sonuna kimi daha 10 növ elektron arayış xidməti istifadəyə veriləcək

"İlin sonuna kimi daha 10 növ elektron arayış xidməti istifadəyə veriləcək".

Musavat.com-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov deyib.

O bildirib ki, bununla da elektron arayışların sayı otuza çatdırılacaq: "Bundan sonra də lazımi sənədlərin əldə edilməsinin bütünlükdə elektronlaşdırılmasına çalışacağıq. Vətəndaşlarımız heç yerə müraciət etmədən onlayn şəkildə arayışları əldə edə biləcəklər ".