|
"İnsana bir dəfə şans verirəm" - Nurgül Yeşilçay

Aktrisa Nurgül Yeşilçay səmimi açıqlamaları ilə diqqət çəkib.

Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, aktrisa bu günə qədər həyatda yaşadıqları şəxsi həyatı ilə bağlı etiraflar edib. 

 

“İnsana bir dəfə şans verirəm. Bir neçə dəfə şans vermək mənlik deyil. Eyni səhvləri min dəfə təkrar edən insanam. Amma buna görə də heç vaxt özümü günahlandırmıram. Səhvlərimdən dərs ala bilmirəm. O xətaları etməyə davam edirəm” – deyə Nurgül bildirib.