|
Bağdadda iki partlayış:

İraqın paytaxtı Bağdadda iki minalanmış avtomobilin partladılması nəticəsində azı 27 nəfər ölüb.

Reuters agentliyinin verdiyi xəbərə görə, birinci partlayış Bağdadın cənub-qərb, ikinci isə - şərq hissəsində törədilib.

Bundan əvvəl İraqın Ərbil şəhərində ABŞ konsulluğunun qarşısında törədilən partlayış nəticəsində 1 nəfər ölmüş, 5 nəfər yaralanmışdı.

Cia.az