|
Biləsuvarda 30 yaşlı kişi intihar edib

Biləsuvarda 30 yaşlı şəxs intihar edib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Xırmandalı kənd sakini, 1990-cı il təvəllüdlü Davud Hakim oğlu Rüstəmov yaşadığı evdə özünü asıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.