Azərbaycan Xarici İşlər Nazirliyi ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib.
"Bu gün çağdaş müstəqil Azərbaycanın qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 17-ci ildönümüdür. Azərbaycan xalqının ulu öndərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik!", - deyə, paylaşımda qeyd olunub.
