|
Sahibə Qafarova deputatları “YAŞAT” Fondunun təşəbbüsünə qoşulmağa çağırıb

Azərbaycanda şəhid ailələrinə və müharibə əlillərinə dövlət dəstəyindən əlavə qayğının göstərilməsi ilə bağlı “YAŞAT” fondunun yaradılması mühüm əhəmiyyət kəsb edir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

 

S.Qafarova bildirib ki, bu fondun yaradılması xalqımızın birliyinin göstəricisidir: “Mən Milli Məclisin deputatlarını, Aparatın və İşlər İdarəsinin əməkdaşlarını bu nəcib təşəbbüsə qoşulmağa dəvət edirəm”.