|
Dəm qazı yenə can aldı - Bakıda kişi zəhərlənib öldü

Sobalardan çıxan boruların külək istiqamətinə quraşdırılanları olur ki, bu da çıxan tüstünün içəri qayıtmasına səbəb olur; FHN xəbərdarlıq etdi...

Bakıda dəm qazından ölüm hadisəsi baş verib. “Report”un xəbərinə görə, hadisə dekabrın 9-u saat 12 radələrində paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, 1985-ci il Quliyev Pərviz Müzəffər oğlu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Havaların soyuması ilə insanların istiliyə və eləcə də təbii qaza olan tələbatı artır. Bu zaman isə bəzi hallarda dəm qazından boğulma halları yaşanır. Mütəxəssislər hesab edirlər ki, bu mövzuda əhalini daim maarifləndirmək lazımdır. Çünki dəm qazından boğulma halları adətən düzgün quraşdırılmamış sobalar, qaz boru xətlərindəki nasazlıqlar, həmçinin də isanların məsuliyyətsizliyi səbəbindən baş verir.

Məlumdur ki, dəm qazının yaranması yanma prosesinin düzgün getməməsi zamanı baş verir. Dəm qazını yaradan əsas amillərdən biri yanma prosesinin qaz soblarında düzgün getməməsidir. Buna görə qaz sobları alan zaman diqqət etmək lazımdır ki, standartlara uyğun olsun, istehsalçı şirkətin aydı qeyd edilsin, uyğunluq sertifikatı olsun. Həmçinin tüstü bacaları ildə iki dəfə təmizlənməlidir. Bəzi hallarda tüstü bacaları illərlə təmizlənmir. Ola bilsin ki, bacada külək gətirdiyi zibillər toplansın, hər hansı dağılma olsun, hansısa heyvan yuva salsın və ya hər hansı əşya qalsın.

Dəm qazı təhlükəsi – Mingəçevir İşıqları

Təbii ki, bunlar da dəm qazını yaradan amillərdəndir. Buna görə tüstü bacalarının təmizlənməsinə xüsusilə diqqət etmək lazımdır. Tüstü borularında kəsik, deşik, yamaq olmamalıdır. Tüstü boruları zədəli olarsa, hər hansı bir calaq, yamaq və ya birləşmə yerlərində boşluqlar olduqda, bu, dəm qazının yaranmasına səbəb olur. Qaz soblarına kənar müdaxilə də yolverilməzdir.

Ekspertlər deyir ki, dəm qazı adətən hamam və yataq otaqlarında yaranır. Hamam otaqlarına aid standartlar var. Normalda hamam otaqları 7 kvadratmetr olmalıdır, lakin elə yerlər var ki, bu ölçü dəfələrlə az - iki, üç, dörd kvadratmetr olur. Eyni zamanda kustar üsulla hazırlanan sobalar qoyulur, hamam otağına gələn qaz metal boru əvəzinə plastmas və ya rezin borularla çəkilir. Qapının aşağı hissəsində hava dəlikləri olmur, ventilyasiya sistemi quraşdırılmır. Sobalardan çıxan boruların külək istiqamətinə quraşdırılanları olur ki, bu da çıxan tüstünün içəri qayıtmasına səbəb olur. Bu kimi hallar təhlükəsizlik qaydalarının pozulmasıdır ki, sonradan bir çox hallarda faciə ilə nəticələnir. Otaqda olan ümumi havanın 0.1%-də dəm qazı olması bəs edir ki, zəhərlənmə olsun.

Fövqəladə Hallar Nazirliyi dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət  edib VİDEO - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məlumdur ki, tüstü bacalarının təmizlənməsi işini 2016-cı ilin apreldə binların daxili təhlükəsizliyi Fövqəladə Hallar Nazirliyinə (FHN) həvalə olunub. Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-dən bildiriblər ki, müraciətdə havaların soyuması ilə əlaqədar əhalinin təbii qaza tələbatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulmasının dəm qazı təhlükəsi yaratdığı qeyd olunub. Bildirilib ki, ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün qaz cihazı saz və standartlara uyğun olmalı, cihazın olduğu məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı, havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı, hamam otağında havalandırma borusu, qapının aşağısında dəliklər olmalı, tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

“Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir. Ondan zəhərlənmənin əlamətləri başağrısı, başgicəllənməsi, ürəkbulanması, halsızlıqdır. Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəs almasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır. Unutmayın: qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin!”, - deyə FHN-in müraciətində bildirilib.