Ermənistan tərəf 44 günlük Qarabağ müharibəsindəki itkilərinin daha bir qismi haqda məlumat yayıb.
Son siyahıda məhv edilmiş 33 hərbçinin adı var. İrəvan iddia edir ki, öldürülən hərbi qulluqçular qondarma rejimin “ordu”sunda xidmət ediblər. Bildirilir ki, bununla da Qarabağdakı terrorçu rejimin itkilərinin sayı 1779-a çatıb.
Amma ermənilər özləri də etiraf edirlər ki, Ermənistan ordusunun itkiləri on mindən çoxdur, yüzlərlə hərbçinin taleyindən isə indiyədək xəbər yoxdur.
