|
Prezident İlham Əliyev: Paradların birində demişdim ki, gün gələcək azad olunan torpaqlarda qaldırılan Şanlı Bayraq bura gətiriləcək

Paradların birində mən demişdim ki, 2016-cı ildə Lələtəpədə qaldırılan bayraq gətiriləcək və gün gələcək azad olunan torpaqlarda qaldırılan Şanlı Bayraq bura gətiriləcək!

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu gün Bakının Azadlıq Meydanında keçirilən Zəfər paradında çıxışı zamanı deyib.