|
“Bacım müəllim olub, ona görə də az maaş aldığını bilirəm"

Cia.az xəbər verir ki, Koreatimesus.com saytı yazır ki, ABŞ prezidenti Barak Obama müəllimlərə həkimlər və mühəndislər qədər maaş verən Cənubi Koreyanı tərifləyib.

“Mənim bacım müəllim olub, ona görə də onun nə qədər az maaş aldığını bilirəm. Bu pulla ailə saxlamaq çətindir. Və ətrafda çox sayda müəllim olmaq istəyən istedadlı gənclər var” – deyib Obama çərşənbə günü Şimali Karolinadakı Şarlot şəhərinin bələdiyyə salonunda etdiyi çıxışda.

“Təhsil sisteminin yaxşı olduğu Koreya və Finlandiya kimi ölkələrdə müəllimlərə həkimlər və mühəndislər səviyyəsində maaş verirlər və bu peşəyə hörmət göstərirlər” – prezident deyib.

ABŞ prezidenti 2009-cu ildə işə başlayandan bəri Koreyanın təhsil sistemini dəfələrlə tərifləyib.

Lakin onun çərşənbə günü müəllimlər barədə dedikləri "reallıqdan çox uzaqdır. Cənubi Koreyada həkimlər ən yüksək maaş alan peşə sahiblərindəndirlər, - The Korea Times yazır, - maaş məsələsində onları müəllimlərlə heç müqayisə etmək də mümkün deyil".

Cia.az