|
Serenayın yerinə onu seçdilər

Aktyor Cem Yılmazdan ayrılan Serenay Sarıkaya yeni xəbərlə gündəmə gəlib.

Hazırda anası ilə istirahətdə olan aktrisa uzun müddətdir çalışdığı reklam şirkəti ilə müqaviləsinə son verib.

O, sosial media hesabında “necə də tez keçdi o gözəl illər” sözlərini yazaraq, 4 il çalışdığı şirkətdən ayrıldığını bildirib.

Yayılan son məlumatlara əsasən, daha onun yerinə məşhur bloger Danla Bilic reklamlara çəkiləcək.