Ötən gün verilişlərdən birində qonaq olan Acun Ilıcalı kanalı "Exxen" haqqında maraqlı açıqlamlar verib.
Ilıcalı yeni yaradılacaq rəqəmsal platformanın iki hissədən ibarət olacağını bildirib. Acun 900 milyon lirəyə başa gələn bu kanala abunəliyin ödənişli, lakin hər kəsin büdcəsinə uyğun olacağını deyib:
“Artıq 3 aydır ki, hər gün 10 saat iclas keçiririk, müzakirələr aparırıq. Hər şeyin yaxşı olması üçün sabaha qədər dayanmadan çalışırıq. Bizimlə işləməsi üçün məşhur insanlar seçdik. "Exxen"lə Türkiyədə Netflixdən daha çox izləyici kütləsi yığacağımıza əminəm”.
Ilıcalı rəqəmsal platformada şagirdlər üçün də əyləncəli verilişlər olduğunu bildirib. Onların da bu kanala üzv olmaları üçün müəyyən endirimlər ediləcəyini açıqlayıb.
