|
General-polkovnik Əli Nağıyev general-leytenant Rüstəm Muradovla FOTOLAR

DTX rəisi, general-polkovnik Əli Nağıyevin Dağlıq Qarabağdan yeni fotoları yayılıb. Həmin fotolarda o, Dağlıq Qarabağdakı Rusiya Sülhməramlı kontingentinin rəhbəri, general-leytenant Rüstəm Muradovla bərabərdir.

Yayılan fotoları qeyri-rəsmi qaynaqlardan əldə edib.

Bildirilib ki, Əli Nağıyev işğaldan azad olunmuş Kəlbəcər və Laçın rayonlarında xidməti ezamiyyətdə olub. O, DTX-nin yaxın zamanlarda fəaliyyətə başlayacaq yerli şöbələrinin məsələlərini müzakirə edib, Rusiya sülhməramlılara rəhbərlik edən general-leytenant Rüstəm Muradov ilə görüşüb, Azərbaycan əsgərləri ilə söhbət edib.

Onu qeyd edək ki, bəzi qaynaqlar indiyə qədər Rüstəm Muradovun ancaq Dağlıq Qarabağdakı qanunsuz rejimin təmsilçiləri ilə görüşdüyünü yazır və haqlı olaraq sual verirdilər: Rüstəm Muradov niyə heç Azərbaycan yetkililəri ilə görüşmür?

Geniş ictimaiyyət ilk dəfə belə bir fakt əldə edir. Rüstəm Muradov Azərbaycan DTX rəisi Əli Nağıyevlə görüşür, fotodan da göründüyü kimi, onu tabeçiliklə dinləyir.

Bir məqamı da qeyd edək: fotofaktlar ictimaiyyətə çatdırılmırsa, bu o demək deyil ki, Rüstəm Muradov Azərbaycan yetkililəri ilə görüşmür.

Qarabağ Azərbaycandır, orada olan hər kəs Azərbaycan qanunlarına tabedir və dövlətimiz qarşısında hesabatlıdır.

Sadəcə, proses getdiyi üçün görünür, bu barədə vaxtından əvvəl açıqlamalar verib, İrəvandakı erməniləri daha da qızışdırıb, prosesi (erməni hərbçilərinin Xankəndini digər ərazilərimizi tərk etməsi) pozmaq istəməyiblər.