Türkiyədə “İlin ən güvənilən sənətçisi” adlı sorğu keçirilib.
“İpsos” araşdırma şirkətinin yayımladığı nəticələrə görə, siyahıda birinci yeri müğənni Haluk Levent tutub. İkinci Müge Anlı, üçüncü Şener Şen olub. Siyahıda Haluk Bilginer, Beyazıt Öztürk, Kenan İmirzalıoğlu, Acun Ilıcalı, Ezgi Mola, ArasBulut İynemli, Gökhan Özoğuz da yer alıb.
Qeyd edək ki, müğənni Haluk Levent ötən il də Türkiyənin ən güvənilən sənət adamı seçilmişdi. Buna səbəb isə sənətçinin bütün vacib hadisələrə, proseslərə münasibət bildirib, xəstələrə, ehtiyacı olanlara yardım etməsidir.
