Ötən gün "Forsaj" filminin aktrisası Mişel Rodriqez dostları ilə birgə Malibu sahillərində görüntülənib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda ekran işində əsas rollardan birini ifa edən Mişel sörf geyimi geyinən zaman çətin anlar yaşayıb. Ona çəkiliş heyətində olan dostları kömək edib.
Sörf paltarını çətinliklə də olsa geyinən aktrisa dənizin sərin sularına dalaraq sörfinq edib. 42 yaşlı Mişelin fit bədən quruluşu da gözlərdən yayınmayıb.
Qeyd edək ki, Rodriqez ilk dəfə "Forsaj" filmində Leti Ortiz obrazı ilə tanınıb.


