Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının baş leytenantı Mustafayev Təhmasib Sərməst oğlu Vətən Müharibəsinin şəhidlərindədir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 31 yaşlı T.Mustafayev Cəbrayıl rayonunda doğulub.

 

O, noyabrın 7-ində Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub. Subay idi.