|
Reza Deqati Kəlbəcərdən yazıb, fotolar paylaşdı - Fotolar

Dünyaca məşhur fotoqraf, “National Geographic” jurnalının fotoreportyoru Reza Deqati bu dəfə Kəlbəcərlə bağlı fotolar paylaşıb.
Musavat.com bildirir ki, fotoqraf Murov dağından fotolar paylaşaraq, öz təəssüratlarını bölüşüb:
"Murov dağının 3840 metrlik keçidinə çatanda Kəlbəcərin nəfəs kəsən gözəlliyinə heyran qaldım. Xatirələr yada düşdü.

1993-cü ildə minlərlə mülki insan buradan məcburi köçkün düşdü. Onlar soyuq qış günlərində bu yerlədən keçdilər. Bir çoxu ayaqyalın qaçdığı üçün ayaqları dondu. Ermənilər burada da binaları yandırıb, meşələri, heyvanları məhv ediblər”.