|
Ermənistanda koronavirusdan ölənlərin sayı 588 nəfərə çatıb

Ötən sutka ərzində Ermənistanda daha 978 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.

APA-nın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, bununla da Ermənistanda koronavirusa yolxunların sayı 141 937 nəfərə çatıb.

Ötən sutka bu ölkədə COVİD-19-a yoluxmuş 17 nəfər ölüb və koronavirusdan ölənlərin sayı 588 nəfərə yüksəlib.