|
Braziliya klubu Balotelli ilə 1 illik müqavilə bağlayacaq

Braziliyanın "Vasko da Qama" klubunun Mario Balotelli ilə bağlayacağı müqavilənin müddəti bəlli olub.

"Report" "Transfermarkt" portalına istinadən xəbər verir ki, italiyalı futbolçu 1 illik sözləşməyə imza atacaq.

6 aydır klubsuz olan 30 yaşlı hücumçu son olaraq ölkəsinin "Breşiya" komandasında çıxış edib. O, 19 oyunda 5 qol vurub.