|
Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva bu gün Şəhidlər xiyabanını ziyarət edib.

Dövlət başçısı "Əbədi məşəl" kompleksi önünə əklil qoyub, Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiramını bildirib.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.