Böyük Britaniyanın Bristol şəhərindəki çirkab suları təmizləyən “Wessex Water” müəssisədə partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 1 nəfər yüngül dərəcəli xəsarət alıb.
Hadisə ilə əlaqədar istintaq başlayıb.
Baş nazir Boris Conson, şəxsi “Tvitter” hesabında partlayış nəticəsində həyatını itirən dörd nəfər üçün çox kədərləndiyini yazıb.
