Milli Məclisin koronavirusa yoluxmuş deputatı Rəşad Mahmudov sağalıb.
“Report"un xəbərinə görə, o, bir müddət davam edən müalicədən sonra təkrar test verib.
Təkrar testin cavabında deputatda koronavirus aşkarlanmayıb.