|
“Liverpul”la “Porto” Çempionlar Liqasının 1/8 finalına yüksəlib

Çempionlar Liqasında V tur başlayıb.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 8 oyun keçirilib.

A, B, C və D qruplarında matçlar baş tutub. Turnirin son qalibi “Bavariya” 1-ci yeri təmin etdiyi A qrupunda “Atletiko” ilə heç-heçə edib. “Lokomotiv” isə “Zalsburq”a məğlub olub.

“Şaxtyor” “Real”ı ikinci dəfə məğlub etməklə B qrupunda 2-ci pilləyə yüksəlib. Mönhenqladbax “Borussiya”sı “İnter”ə uduzsa da, liderliyini qoruyub. B qrupunda son tur ərəfəsində bütün komandalar 1/8 final şansını saxlayıb.

“Porto” ilə üz-üzə gələn “Mançester Siti” ilk xal itkisinə üzülüb. Bu nəticə ingiltərəlilərə C qrupunun qalibi adını qazandırıbsa, “Porto” 1/8 finala vəsiqəni təmin edib. Autsayderlərin görüşündəki “Marsel” “Olimpiakos”u üstələyib.

D qrupunun lideri “Liverpul” “Ayaks” üzərində qələbə ilə 1/8 finala vəsiqəni təmin edib. “Atalanta” qrup sonuncusu “Midtülland”la heç-heçə oynayıb.

Çempionlar Liqası
Qrup mərhələsi
V tur
1 dekabr

A qrupu
21:55. “Lokomotiv” (Rusiya) - “Zalsburq” (Avstriya) - 1:3
Mirançuk, 79 (pen.) - Berişa, 28, 41, Adeyemi, 81
00:00. “Atletiko” (İspaniya) - “Bavariya” (Almaniya) - 1:1
Joao Feliks, 26 - Müller, 86 (pen.)