2020-ci ilin yanvar-oktyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 30 ölkəsinə 37,8 milyon dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. Ötən ilin eyni dövründə bu məbləğ 37,8 milyon dollar təşkil etmişdi.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin noyabr sayına istinadən xəbər verir ki,“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib.
2020-ci ilin oktyabr ayında isə “Azərkosmos” ASC dünyanın 21 ölkəsinə 6,9 milyon dollar dəyərində xidmət ixrac edib. “Azərkosmos” ASC-nin 2020-ci ilin yanvar-oktyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, ABŞ, Birləşmiş Krallıq, Malayziya və BƏƏ-dir.
