|
Almaniyada sürücünün avtomobili piyadaların üzərinə sürməsi nəticəsində ölənlərin sayı 5-ə çatıb

Almaniyanın Trir şəhərində "Range Rover" marakalı avtomobilin vurması nəticəsində ölən piyadaların sayı 5 nəfərə çatıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl, Reynland-Pfalz federal əyalətinin Daxili İşlər naziri Roger Levenz 4 qurban barədə məlumat vermişdi.