|
YAP GB ofisində müzakirələr aparıldı

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin Ofisində fəaliyyət göstərən "Beynəlxalq münasibətlər və Diplomatiya Klubu" layihəsi çərçivəsində növbəti müzakirə keçirilib. SİA-nın xəbərinə görə, müzakirə olunan mövzu "dünya düzənində müasir çağırışlar və fərqli siyasi meyllər" olub. Tədbirdə qonaq qismində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi araşdırmalar institunun direktoru, YAP-ın YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov iştirak edib. Müzakirə zamanı dünyanın ayrı-ayrı regionlarında baş verən hadisələr ətrafında fikir mübadilələri aparılıb.

Qeyd edək ki, YAP Gənclər Birliyinin Ofisində fəaliyyət göstərən “Beynəlxalq münasibətlər və Diplomatiya layihəsi “Foreign Policy club” çərçivəsində fəaliyyət göstərir.